Azərbaycanda hava proqnozları ilə bağlı vacib YENİLİK

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində istifadə olunan “Türk Metcap” sistemi ən son versiya olan “Türk Metcapplus” proqramı ilə əvəzlənib.

Nazirliyiə istinadən xəbər verilir ki, yeni müasir proqramın tətbiqi ilə bağlı Türkiyənin Meteoroloji Genel Müdürlüyünün  mütəxəssisləri tərəfindən departamentdə 3 gün ərzində təlimlər keçirilib.

Qeyd edək ki, “Türk Metcapplus” proqramının tətbiqi proqnoz və xəbərdarlıqların keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Yeni versiya ilə gündəlik proqnozların hazırlanmasında faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələrin, rəqəmli modellərin nəticələrindən istifadə olunacaq, davamlı informasiya mübadiləsinə və hər  3 saatdan bir yeniləşən peyk məlumatlarından istifadəyə imkan yaranacaq.