Azərbaycanda güclü zəlzələ oldu

Zəlzələ episentrdə 5 bala qədər hiss edilib

Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yeraltı təkanların episentri Oğuz rayonu olub. İlkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 10:15 qeydə alınıb.

Maqnitudası 4.5 olan təkanlar yerin 10 km dərinliyində baş verib.

Zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Ətraf rayonlarda yaşayan əhalinin verdiyi məlumata görə, təkanlar bir neçə saniyə davam edib və əhali arasında təşviş yaradıb. Onlar evlərini tərk etməli olublar. Hər hansı dağıntı və ya təlafat barədə məlumat yoxdur.