EURO : 1,8725 TRY : 0,2943 USD : 1,7 RUB : 0,0265
Azərbaycanda elektron dəmir yolu biletinə dair tələblər müəyyənləşib

Azərbaycanda elektron dəmir yolu biletinə dair tələblər müəyyənləşib

Nəqliyyat, Rabit və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının uçotu Qaydaları”nı təsdiqləyib.

 

Bu Qaydalar oktyabrın 30-dan qüvvəyə minib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışları xüsusi ödəmə terminalları və internet vasitəsi ilə ödəniş aparılarkən (istənilən ödəniş alətindən (nağd pul, ödəniş kartları, bank hesabları və s.) istifadə edilməklə) sistem tərəfindən avtomatik rejimdə generasiya olunan mədaxil qəbzləridir və dəmir yolu nəqliyyatı ilə sərnişindaşınması zamanı elektron gediş sənədi (bileti) kimi istifadə olunur. Sistemin çıxarışları xüsusi ödəmə terminalları və internet vasitəsi ilə aparılan ödənişlərin təsdiqidir və onların oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir. Sistemin çıxarışlarının bu Qaydalarda müəyyən edilmiş rekvizitləri özündə əks etdirən forması Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

 

 

Sistemin çıxarışları ödəyicinin hansı ödəniş alətindən istifadə etməsindən asılı olmayaraq eyni formaya malikdir və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir:

 

Ölkədaxili istiqamətlərdə:

 

- daşıyıcının adı və kodu;

 

- sistemin adı;

 

- mədaxil qəbzinin unikal nömrəsi;

 

- qatarın nömrəsi və kateqoriyası;

 

- vaqonun nömrəsi;

 

- vaqonun tipi və ya sinifi;

 

- vaqonda yerin nömrəsi (yerin seçilməsi nəzərdə tutulduqda);

 

- sərnişinin yola düşmə stansiyası, tarixi və vaxtı;

 

- sərnişinin təyinat stansiyası, çatma tarixi və vaxtı;

 

- xidmət sinifi (tətbiq olunduqda);

 

- sərnişinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi (yerin seçilməsi nəzərdə tutulduqda);

 

- ödənişin məbləği (tam açıqlaması və cəmi göstərilməklə);

 

- ödəniş vasitəsi;

 

- QR kod.

 

Beynəlxalq istiqamətlərdə:

 

- daşıyıcının adı və kodu;

 

- sistemin adı;

 

- mədaxil qəbzinin unikal nömrəsi;

 

- sifarişin tarixi və vaxtı;

 

- qatarın nömrəsi və kateqoriyası;

 

- vaqonun nömrəsi;

 

- vaqonun tipi və ya sinifi;

 

- vaqonda yerin nömrəsi;

 

- sərnişinin yola düşmə stansiyası, tarixi və vaxtı;

 

- sərnişin təyinat stansiyası, çatma tarixi və vaxtı;

 

- xidmət sinifi (tətbiq olunduqda);

 

- sərnişin haqqında məlumat – soyadı, adı, atasının adı;

 

- pasportun seriyası və nömrəsi;

 

- ödənişin məbləği (tam açıqlaması və cəmi göstərilməklə);

 

- ödəniş vasitəsi;

 

- QR kod.

 

Əməliyyatların xarakterindən asılı olaraq sistemin çıxarışlarına əlavə rekvizitlər daxil edilir.

 

Sistemin çıxarışlarının uçotu sistemin məlumat bazasında avtomatlaşdırılmış qaydada aparılır. Sistemin çıxarışlarının nömrələrinin sistemdə fərdiləşdirilməsi mərkəzləşdirilmiş qaydada təmin olunur. Aparılan ödənişin təsdiqi barədə çıxarış dərhal və ya ödəyicinin müraciəti əsasında istənilən vaxt, o cümlədən təkrar əldə edilə bilər. Sistem vasitəsi ilə aparılan ödənişlər haqqında məlumatlar “Elektron imza və elektron sənəd haqqında” qanunda nəzərdə tutulmuş müddətdə elektron imza ilə təmin olunmuş elektron sənəd şəklində saxlanılır.

Facebook