Azərbaycanda elektromobillər niyə daha az satılır?

Azərbaycanda elektromobillər niyə daha az satılır?

2021-ci il, noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən keçirilən iclasda ölkəmizə gətirilən hibrid avtomobillərin idxalı və satışı, elektrik avtomobillərinin isə satışı ƏDV-dən azad edildi. 

Bənzər qərarların qəbul edilməsi ekosistemin qorunması ilə bərabər, vətəndaşın büdcəsi üçün də yetərincə sərfəlidir. Lakin son illər Azərbaycan maşın bazarında öz yerini tutmağa çalışan elektromobillər nədənsə hibrid avtomobillərə çox sürətlə uduzur. Araşdırmalar zamanı öyrəndik ki, bu avtomobillərin ölkə bazarına daxil olmasının qarşısında 2 böyük əngəl dayanır: Orta statistik azərbaycanlı üçün hətta birinci əl avtomobilə nəzərən belə yüksək sayılacaq qədər baha qiymətlər və elektromobil ehtiyat hissələrinin azlığı və təmirinin mürəkkəbliyi.

Nəqliyyat eksperti Raqif Raufoğlunun sözlərinə görə, sadalanan problemlər bu nəqliyyat vasitələrinin birbaşa yox, dolayı problemləridir və aradan qaldırılması bütün dünya ölkələri üzrə böyük çətinliklər yaradır. Mütəxəssis deyir ki, hibrid avtomobillərin elektron mühərrikli nəqliyyat vasitələrinə nisbətən daha çox satılmasının birinci səbəbi büdcə qənaətidirsə, ikinci səbəb sırf təmir prosesinin rahatlığı ilə bağlıdır. Raqif Raufoğlunun ustalarla bağlı səsləndirdiyi fikrin nə qədər doğru olub-olmadığını öyrənmək üçün əvvəlcə ölkədə fəaliyyət göstərən elektromobil ustalarının sayı ilə maraqlandıq. İş orasındadır, nə soraqlaşa-soraqlaşa, nə də internet resursları əsasında apardığımız araşdırmanın nəticəsi ürəkaçan olmadı... Arabir elektron mühərrikli avtomobillərin təmiri ilə də məşğul olduğunu deyən Fuad usta elektromobil ehtiyat hissələrinin çatışmazlığı ilə bağlı fikirləri təsdiqləsə də, başlıca problemin kəllə-çarxdan düşməyən qiymətlər olduğunu deyir. Lakin ekoloji tarazlıq və iqlim dəyişikliyi ilə mübarizədə elektromobilləri Azərbaycandan didərgin salan səbəblər təkcə arzuolunmaz qiymət və təmiri çətin idarəetmə sistemi deyil. Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, ölkə üzrə quraşdırılan cərəyandoldurma məntəqələrinin durumuna baxsaq, problemin qaynağının dərinliyinə enmiş olarıq.

Facebook