Azərbaycanda daha bir nazir işdən çıxarıldı

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da işsiz qalıb.
 
Yenicag.az-ın əldə etdiyi məlumata görə, 63 yaşlı nazir postu ilə vidalaşıb.
 
Bağırov artıq təhvil-təslim işlərini həyata keçririr.
 
Qeyd edək ki, Bağırov Hüseynqulu Seyid oğlu sözügedən posta 2001-ci ildə təyin olunmuşdu.
 
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiq etdiyi siyahıda Hüseynqulu Bağırov yer almayıb. Onun yenidən əvvəlki vəzifəsini daşıyacağı gözlənilsə də, bu, baş verməyib.