Azərbaycanda 82 nəfər 700 bal toplayıb

2007-ci ildən bu ilə kimi 82 nəfər qəbul imtahanlarında ən yüksək nəticə - 700 bal toplayıb.
Bunu Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.
“2007-ci ildə 3 nəfər 700 bal toplamışdı. 2016/2017-ci il üzrə qəbul imtahanlarında da 15 nəfər 700 bal toplayıb. Bununla da 700 bal toplayanların sayı 82-yə çatıb”, - deyə o bildirib.