Azərbaycanda 6 ayda 7 mindən çox ailə dağılıb

2017-ci ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 153 nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə 7287 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 nəfər olub.