Azərbaycanda 4 məhbus xəstəlikdən ölüb

Azərbaycanda bir neçə məhbus xəstəlikdən ölüb.

Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkumlar – 1965-ci il təvəllüdlü Mehman Hümbət oğlu İbrahimov, 1934-cü il təvəllüdlü Qurban Əbuzər oğlu Nəsirov, 1985-ci il təvəllüdlü Elnur Mustafa oğlu Bəkirov və 1949-cu il təvəllüdlü Sərvər Hümbət oğlu Məmmədov xəstəlikdən vəfat ediblər.