EURO : 1,8528 TRY : 0,2616 USD : 1,7 RUB : 0,0208
Azərbaycana gələn iranlılarda koronavirus şübhəsi ilə bağlı baş həkimdən AÇIQLAMA

Azərbaycana gələn iranlılarda koronavirus şübhəsi ilə bağlı baş həkimdən AÇIQLAMA

Azərbaycanda olan İran vətəndaşlarından koronavirus şübhəsi ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən olmayıb.

 

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. Baş həkim bildirib ki, İrana səfər edən Azərbaycan vətəndaşlarından və ya Azərbaycana gələn iranlılardan Mərkəzin mərkəzin yoluxucu xəstəliklər şöbəsinə müraciət edən olmayıb.

 

Xatırladaq ki, Gürcüstana səfər edən 3 nəfər İran vətəndaşı koronavirus şübhəsi ilə Tbilisi şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib. Həmin şəxslər dərhal nəzarətə götürülərək karantinə alınıb.

Facebook