Rəşad Sadıqov “Qarabağ”dan ayrılıb
- 5.05.2018 19:30:01
- İDMAN
İyulun 18-də İordaniyanın paytaxtı Ammanda parataekvondo üzrə açıq Asiya çempionatı keçiriləcək.
Operativ.tv-nin, beşinci dəfə təşkil olunacaq yarışda Azərbaycan yığması da iştirak edəcək.
Komandamız reytinq xarakterli yarışa baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi altında İmaməddin Xəlilov (K-44, 61 kq), Əbülfəz Abuzərli (K-44, 75 kq), Hüseyn Həsənov (K-44, 75 kq), Vüsal İsmayılov (K-44, +75 kq), Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, +58 kq) ilə qatılacaq.
Qeyd edək ki, çempionatda Asiya qitəsindən qalib olacaq idmançı aktivinə 40, digər qitələrdən qatılaraq yarışın çempionu titulunu qazanan paraidmançılar 20 reytinq xalı qazanacaqlar.
Millimiz vətənə iyulun 20-də dönəcək.