Azərbaycan xalqını təhqir etməsi Lapşinə bağışlanıdı

Dağlıq Qarabağa qanunsuz olaraq sәfәr etdiyi üçün hәbs olunan, keçәn hәftә Azәrbaycanda 3 il hәbs cәzası verilәn Aleksandr Lapşinin İsrailә verilmәsi üçün hәftәnin cümә günü vәkili әrizә verib. Bu barәdә İsrailin Haaretz qәzetinә Lapşinin vәkili mәlumat verib.

Mәhkәmә Lapşini öncә Azәrbaycan xalqına tәhqir etmәkdә ittiham edirdi. Daha sonra Lapşinin “Azәrbaycan xalqının acısını anlamadan müharibә haqqında yazdıqlarımdan peşimanam” demәsindәn sonra onu bağışlayıb.

Öz sәyahәt bloqunda, rus dilindә Azərbaycan və onun prezidenti İlham Əliyevə qarşı sәrt tənqidlәr yazdıqdan sonra mәhkәmә Lapşinin Azәrbaycan dövlәtinin әrazi bütövlüyünün qorunması mәqsәdi ilә Qarabağa etdiyi iki sәfәri araşdırmağa başlayıb.