Azərbaycan və Türkiyə arasında qərargah danışıqları

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.
 
Bu barədə bu gün, noyabrın 24-ü Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.
 
Qonaqlar həmçinin, HHQ-nin hərbi hissələrini ziyarət ediblər.