Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü

Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü

Fevralın 6-da Bakıda Azərbaycan və Rusiya SQ Baş Qərargah rəisləri Nəcməddin Sadıqov və Valeri Gerasimovun görüşü keçirilib.

 

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, habelə hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən Xəzərdə müdafiə idarələrinin qarşılıqlı fəaliyyəti məsələlərini müzakirə ediblər.

 

Bundan əvvəl Gerasimovu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib, deyə məlumatda bildirilir.

 

Xatırladaq ki, Gerasimov Bakıya Avropada NATO-nun birləşmiş qüvvələrinin komandanı Tod Uolterslə görüşmək və danışıqlar aparmaq üçün Bakıya gəlib. 

Facebook