EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Rakurs.tv-nin Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçirəcəklər.

Facebook