Azərbaycan və Ermənistan MDB-nin iclasında iştirak edir

Azərbaycan və Ermənistan MDB-nin iclasında iştirak edir

Ermənistan və Azərbaycanın Təhlükəsizlik Şuralarının katibləri bu gün Moskvada Müstəqil Dövlətlər Birliyində (MDB) həmkarları ilə illik iclasda iştirak edirlər.   Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.  

Dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə vəziyyətin gərgin olaraq qaldığını, hərbi əməliyyatların davam etdiyini bildirmişdi. Günün sonunda Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə onun erməni və azərbaycanlı həmkarları arasında telefon danışığı nəticəsində tərəflər Kilisalı sərhəd dağı yaxınlığında döyüşləri dayandırıb. 

Facebook