EURO : 1,8744 TRY : 0,2954 USD : 1,7 RUB : 0,0266
Azərbaycan və Belarus Müdafiə nazirləri görüşdü

Azərbaycan və Belarus Müdafiə nazirləri görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.

 

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

 

Azərbaycanın Belarusun müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən Müdafiə naziri hazırda hərbi-texniki sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini və genişləndiyini bildirib.

 

Qeyd edilib ki, Azərbaycan ilə Belarus beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərir və bütün məsələlərdə qarşılıqlı dəstək verirlər.

 

Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə Belarus rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.

 

General-polkovnik Z.Həsənov Belarusun ölkəmizdə yeni hərbi attaşesi polkovnik Andrey Kaptiloviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onun fəaliyyətinin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin inkişafına yönələcəyinə əminliyini ifadə edib.

 

Tərəflər ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.

 

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı təhlil edilib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

 

Görüşün sonunda Azərbaycan Respublikası və Belarus Respublikası müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Plan ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələləri nəzərdə tutur.

 

İlk günbəz

Qəznəvilərdən olan Səbuk Təkin Rəzəvi türbəsinin divar və tavanının bir hissəsini dağıdıb və insanlara buranı ziyarət etməyə qadağan edib. Amma ondan sonra gələn digər Qəznəvi padşahları türbəni təmir etdiriblər. "Balasər" məscidi də bu dövrü xatırladır və əlbəttə ki, Rəzəvi türbəsinin ən qədim qalan hissəsidir. Səlcuqlular daha sonra türbəni başqalarından daha çox bəzədiblər və altıncı əsrin əvvəllərində Sultan Səncər Səlcuq əvvəlcə Rəzəvi üçün günbəz hazırladıb. Xarəzmşahlar da ziyarətgahda böyük işlər görüblər. Kaşı və yazılarla bəzədilmiş iki mehrab tikdiriblər. Rəzəvi türbəsi Monqol hücumları zamanı zərər görməyib və türbənin künclərində hələ də o dövrün abidələri var.

Şahrux Mirzə Barlas dövründə bir neçə məktəb, həmçinin "Darul-Siyad" və "Darul-Hafez" eyvanları və əlbəttə ki Gövşarşad məscidi inşa edilib. Ətrafdakı torpaqlar da bu məktəblərin və məscidlərin maliyyələşdirilməsinə verilib.

 

Qızıl günbəz və minarə

Rəzəvi məbədinin binalarının əksəriyyəti Səfəvi dövründən qalmadır. Şah Təhmasib ilk dəfə olaraq günbəzi və yanındakı minarəni qızılla üzlətdirib. Həm də ilk dəfə olaraq qəbirin üzərinə qızılla bəzədilmiş taxta zərih qoydurub. Şah Abbas hakimiyyətə gəldikdən sonra günbəzi yeniləyib. Ziyarətgah üçün "Darul-Faziz" və "Tauhidhaneh" də daxil olmaqla bir neçə yeni eyvan tikdirib və köhnə həyətin tikintisini başa çatdırıb. Məbəd binasını genişləndirib, köhnə məktəb və eyvanları da təmir etdirib. Bundan əlavə, altıncı əsrdən qalan qəbirüstü taxta örtük yeni örtüklə əvəzlənib.

Həmçinin o da məlumdur ki, İmam Rzanı (ə) ziyarət edənlərə "Məşhədi" deyilməsi göstərişini ilk dəfə Şah Abbas verib.

 

Yaqut, zümrüd və sapfirlə bəzədilmə

Nadir Şah ikinci minarəni tikdirir və tapşırıq verir ki, o, köhnədən fərqlənməsin. Həmçinin ziyarətgahın "Eyvani-Abbasi" hissələrinin də bəzədilməsini tapşırır. "İnqilab eyvanı"ndakı türbə də Əfşarın nadir əsərlərindən biridir. Onun yerinə keçən nəvəsi Şahrux Mirzə məqbərəni sapfir, yaqut və zümrüdlərlə bəzədilməsinə göstəriş verib.

 

Yeni həyət və Qacarlardan xatirə

Fətəli Qacar "Darul-Ziyafəh" eyvanını tikdirib və üçüncü dəfə qəbir üzərindəki örtüyü dəyişdirərək poladdan bir zərih hazırlatdırıb. O həmçinin sonradan tamamlanan "Azadlıq" eyvanını da qurub və Nasir əl-Din Qacar onu tamamlayıb. Məbədin daxili və xarici hissəsi Qacar dövründən bir xatirədir.

Qacarlardan sonra hərəmin ətrafındakı binalar, o cümlədən xadimlərin qaldığı ev sökülərək daxili həyət böyüdülüb. Məktəb və xadimlərin evi bir qədər kənara çəkilib.

 

1338-ci şəmsi ilində (miladi 1959) 1311-ci ildən (miladi 1932) qalmış taxta örtük də 4-cü dəfə dəyişdirilir. Qızıl və gümüşlə bəzədilmiş "Zərih şiru şəkər" (Şirin-şəkər zərih) adlandırılan örtük yerinə qoyulur.

 

 

Qızıl-gümüş örtük

İslam İnqilabından sonra, 1359-cu ildə (miladi 1980) Rəzəvi ziyarətgahı bir qədər də inkişaf etdirilir və yeni eyvanlar qurulur. Rəzəvi ziyarətgahının beşinci örtüyü də 1379-cu ildə (miladi 2000) dəyişdirilir. Qızıl, gümüş və ağac oymalarla bəzədilmiş "Simunu zərrin" (Qızıl-gümüş örtük) adlanan örtük 7 ilə hazırlanıb.  Elə həmin il də qəbirin üstündəki daş götürülüb və bütöv mərmər parçası ilə əvəz olunub.

 

Mükəmməl gözəllik və əzəmət

Rəzəvinin məqbərəsi - bəzəyi eşq və izzətlə olan böyük daxili həyətlər, dəhlizlər və eyvanlarlardan, bir sözlə mükəmməl gözəllik və əzəmətdən ibarətdir. Əvvəllər ərazisi təxminən 12000 kvadrat metr olan ziyarətgahın ölçüsü hazırda 1 milyon kvadrat metrə çatıb. Tarixi bəxşişlər "Astan Quds Rəzəvi"ni bu gün İslam dünyasının ən böyük xeyriyyə qurumu halına gətirib.

İmam Rza (ə) ziyarətgahına hər il 25 milyon iranlı, 1.5 milyon xarici zəvvar gəlir. Maraqlıdır ki, bunların içərisində 10 mindən artıq müsəlman olmayan alman, yapon, çinli ziyarətçilər də olur.

Facebook