Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi keçirilir

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, Tbilisi şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi keçirilir.

 Müdafiə Nazirliyinin saytına istinadən verilən  xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.