Azərbaycan şəkər idxalını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 20,81 mln. ABŞ dolları dəyərində 55,786 min ton şəkər idxal edib.

 

Operativ.tv-nin məlumatına görə, bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

 

Məlumatda bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,291 mln. dollar (2,8 dəfə) və 39,105 min ton (3,3 dəfə) çoxdur.

 

Hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1%-ni təşkil edib.

 

Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mlrd. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.