Azərbaycan şirkətləri Özbəkistanda “novostroyka” tikəcək - QİYMƏTLƏR

Azərbaycan şirkətləri Özbəkistanda “novostroyka” tikəcək - QİYMƏTLƏR

Azərbaycanın tikinti şirkətləri Özbəkistana dəvət olunub.

Əmlak eksperti Elnur Fərzəliyev “MediaPost”a açıqlamasında bildirib ki, hazırda Özbəkistanın paytaxtı yaxınlığında böyük şəhər salınır. Bu ərazidə tikinti aparıldığı üçün bura Çin, Türkiyə, Rusiya və Azərbaycandan tikinti şirkətləri dəvət olunub.

Elnur Fərzəliyevin sözlərinə görə, Azərbaycan şirkətləri arasında Özbəkistana maraq göstərənlər var: “Hazırda şirkətlər sözügedən ölkədə bazar araşdırması aparırlar. Sahibkarlarımıza təklif olunub ki, inşa edəcək mənzillərin kvadratmetrini 1300-1400 dollara satsınlar. Lakin hesab edirəm ki, bu qiymət hazırda Özbəkistan bazarı üçün real qiymət deyil. Orada mənzillərin qiyməti Azərbaycandan çox aşağıdır”.

Əmlak ekspertinin sözlərinə görə, Özbəkistanda mənzillər ucuzdur: “Nümunə olaraq deyə bilərəm ki, Azərbaycanda Nərimanov rayonunda “Xruşovka”proyektli binada 1 otaqlı mənzil 60-65 min manatdırsa, Özbəkistanda belə bir rayonda mənzil 20-25 min manatdır. Ölkəmizdə mənzil alan kontingent fərqlidir. Misal olaraq, ölkəmizdə yan-yana üç bina satılırsa, bu binaların birində kvadratmetri 1000, digərində 1500, o birində isə 2000 manatdır və hər üç binanın da öz alıcsı olur. Lakin Özbəkistanda belə deyil”.

Elnur Fərzəliyevin sözlərinə görə, əksər ölkələrdə yeni binalar tikiləcək ərazilər dövlət tərəfindən ayrılır: "Məsələn, şəhərin baş planı olur və buna uyğun olaraq tenderlər keçirilir. Həmin tenderdə də göstərilir ki, hansı parametrlərdə binalar inşa ediləcək. Bu gün orta Asiya ölkələrində bu praktikadan geniş istifadə olunur. Belə praktikadan biri də Özbəkistandır. Başqa ölkələrdən tikinti şirkətlərini dəvət edilir ki, daxili iqtisadiyyatı qaldırsınlar. Bu zaman ölkə əlavə xərc etmir. Sadəcə, pulsuz torpaq verir. Özbəkistan ölkənin paytaxtı yaxınlığında paytaxt qədər bir ərazi ayırıb. Həmin ərazidə yaşayış binalarının inşa edilməsi üçün Tükiyə, Rusiya, Çin və Azərbaycandan tikinti şirkətləri dəvət olunub. Bu zaman iş adamları üçün şərait yaradılır. Tikinti sahəsində işlər gedəndə başqa sektorlara da müsbət təsir göstərir”.

Facebook