`Azərbaycan səfirliyində yanğın xəbəri dezinformasiyadır`

TASS agentliyi Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğın baş verməsi haqqında xəbər yayıb.

 

Məlumata görə, Moskvanın mərkəzində yerləşən səfirlik binasında yanğının söndürülməsinə bir neçə yanğınsöndürən briqada cəlb edilib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xəbəri təkzib edib:

 

“Hazırda biz səfirliyin binasındayıq və burda Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatı keçirilir. Səfirlik binasının yanması barədə xəbərlər Rusiya KİV-lərinin dezinformasiyasından başqa bir şey deyil”, - deyə səfir bildirib.