Azərbaycan Sakit Okean Alyansında müşahidəçi statusu alıb

Sakit Okean Alyansının (SOA) Limada keçirilən 14-cü sammitində Azərbaycan yekdilliklə təşkilatda müşahidəçi statusu alıb. Bu barədə Azərbaycan XİN mətbuat xidməti bildirib.

XİN rəhbəri Elmar Məmmədyarov buna görə təşəkkürünü bildirib və Azərbaycanın Alyansa üzv ölkələr ilə siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

E. MəmmədyarovAzərbaycanın nəqliyyat və energetika sektorunun potensialı haqda sammit iştirakçılarına məıumat verib. O, Qarabağ münaqişəsinin regional təhlükəsizlik üçün hələ də əsas təhlükə mənbəyi olaraq qaldığını bildirib.

*Sakit Okean Alyansı 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən yaradılıb.

Avropa İttifaqının və Şimali Amerikanın aparıcı ölkələri daxil olmaqla, 59 ölkə müşahidəçi üzv statusuna malikdir. Qrup ölkələrinin toplam ÜDM-i dünya iqtisadiyyatı siyahısında altıncı yeri tutur.