"Azərbaycan ərzaq buğdasına tələbatının 62% öz hesabına ödəyir"

"Hazırda Azərbaycanın ərzaq buğdasına olan tələbatının 62%-i yerli istehsal hesabına ödənilir"
 
"Report” xəbər verir ki, , bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə məlumat verib.
 
Onun sözlərinə görə, hökumət bu göstərici ilə qane olmaq istəmir və təminetmə faizini artırmaq istəyir: "Bunun üçün hər il buğda istehsalının 200 min ton artırılması nəzərdə tutulub”.