Azərbaycan qeyri-neft ixracını 3%-dən çox artırıb

Azərbaycan qeyri-neft ixracını 3%-dən çox artırıb

Bui ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində və ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxi ixrac reallaşdırılıb.

Rakurs.tv bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, rüb ərzində Rusiyaya 134,4 milyon, Türkiyəyə 104,4 milyon, Gürcüstana 42,9 milyon, İsveçrəyə 40,8 milyon və Çinə 12,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Son 1ildə Rusiyaya qeyri-neft ixracı 16,6%, Türkiyəyə 5,2%, İsveçrəyə 21,1% və Çinə 18,4% artıb.

Yanvar-mart aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) I, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları) II, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları) III olub.

Ümumiyyətlə, 2020-ci ilin I rübündə meyvə-tərəvəz ixracı 113,3 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 46,4 milyon, pambıq lifi ixracı 43,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 21,4 milyon, kimya sənayesi məhsullarının ixracı 19,8 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,9 milyon, pambıq ipliyi ixracı 8,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,3 milyon, şəkər ixracı isə 2,9 milyon ABŞ dolları dəyərində olub.

2020-ci ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133 milyon ABŞ dolları təşkil edib. Ay ərzində qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (46,4 milyon ABŞ dolları), Türkiyəyə (29 milyon ABŞ dolları), İsveçrəyə (12 milyon ABŞ dolları), Gürcüstana (8 milyon ABŞ dolları) və Ukraynaya (6,2 milyon ABŞ dolları) ixrac edilib.

2020-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 19,2 milyon ABŞ dolları) I, qabığı təmizlənmiş meşə fındığı (14,1 milyon ABŞ dolları) II, pambıq mahlıcı (12,9 milyon ABŞ dolları) III yerdə qərarlaşıb.

Facebook