Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayır

Martın 12-dən 17-dək Azərbaycanda müxtəlif qoşun növləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilməlidir.
 
Müdafiə Nazirliyi bildirir ki, təlimlərdə 25 min nəfərədək şəxsi heyət iştirak edəcək. 250-dək tank, digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket, artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi, minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyasının təlimlərə cəlb olunması nəzərdə tutulur.
 
Təlimlərdə genişmiqyaslı şərti müdafiə və əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarının yerinə yetirəcəyi bildirilir.