Azərbaycan növbəti illərdə bu oyunlara ev sahibliyi edəcək

Gənclər və İdman Nazirliyi 2020-ci ilə kimi Azərbaycanda keçiriləcək oyunların siyahısını yayıb. Məlumatı mətbuata nazirliyin mətbuat katibi Səadət Məmmədova açıqlayıb.

S.Məmmədova bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi keçiriləcək:

“Bununla yanaşı, bu ilin təqvimində “Formula-1” üzrə Azərbaycan Qran-prisi də var.

2017-ci ildə son olaraq, Azərbaycan 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna evsahibliyi edəcək. Konfrans 7-10 avqust tarixində Qəbələdə baş tutacaq.

2020 -ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 matçını qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü Azərbaycan təşkil edəcək”.

S.Məmmədova əlavə edib ki, hazırda 2018 və 2019-cu illərdə böyük miqyasda yarışların keçirilməsinə dair hesabat yoxdur.