Azərbaycan millisi Avropa çempionu oldu

Azərbaycan millisi Avropa çempionu oldu

Mini futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında final oyununa çıxıb.

Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici qarşılaşmada komandamızın rəqibi Rumıniya olub.

Elşad Quliyevin yetirmələri B qrupundakı ilk oyununda 0:2 hesabı ilə uduzduğu 6 qat qitə çempionu ilə matça bu dəfə daha inamlı başlayıb. İlk hissənin son dəqiqəsində Seymur Məmmədovun qolu sayəsində komandamız fasiləyə öndə yollanıb.

İkinci hissədə rəqibin təzyiqinə baxmayaraq, qapısının toxunulmazlığını qorumağı bacaran yığmamız 1:0 hesablı qələbə qazanaraq, 10-cu dəfə təşkil edilən Avropa çempionatında ilk çempionluğuna yiyələnib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının yarımfinalında Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib.

Facebook