Azərbaycan internetin sürətinə görə dünyada neçənci yerdədir?

189 ölkə üzrə aparılmış tədqiqat nəticəsində məlum olub ki, dünyanın ən sürətli genişzolaqlı interneti Sinqapur, İsveç və Tayvandadır.

Technote xəbər verir ki, bu siyahıda ABŞ 21-ci, Kanada 26-cı, İngiltərə isə 31-ci yerdə qərarlaşıb.

Azərbaycan isə bu siyahıda 102-ci, şimal qonşumuz Rusiya isə 43-cü yerdədir.

Ən zəif internet Burkina-Faso, Qabon və Yəməndədir.