Azərbaycan hərbçiləri Rusiya və Özbəkistana yola düşüb

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu”, “Səhra mətbəxi” və “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak etmək üçün Azərbaycan hərbçiləri Rusiya və Özbəkistana yola düşüb.

Bu barədə Trend Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.

Yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.