Azərbaycan Dillər Universitetinə yeni rektor təyin olundu

Dünən prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dillər Universitetinə rektor təyin edilən Kamal Abdulla bu gün kollektivə təqdim olunacaq.

"Qafqazinfo" xəbər verir ki, mərasimdə Təhsil naziri Mikayıl Cabbarovun da iştirakı gözlənilir.

Qeyd edək ki, Kamal Abdulla Bakı Slavyan Universitetinin rektoru olub. Daha sonra, o, ölkə başçısının sərəncamı ilə prezidentin multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin olunmuşdu.