Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1,28 mlrd. kilovatt/saatdan çox elektrik enerjisi idxal edib.
 
Operativ.tv-nin "Report"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
 
Hesabat dövründə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin 1 mlrd. kilovatt/saatdan çoxu Azərbaycan, 203 mln. kilovatt/saatı Rusiya, 7,8 mln. kilovatt/saatı Ermənistan, 64,3 mln. kilovatt/saatı isə Türkiyənin payına düşüb.
 
Təkcə noyabr ayında isə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi 219 mln. kilovatt/saat təşkil edib. Bu həcmin 215,5 mln. kilovatt/saatı və ya 98%-dən çoxu Azərbaycandan idxal olunub.
 
Bu ilin 11 ayı ərzində Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə 588,6 mln. kilovatt/saat təşkil edib ki, bu həcmin də 23,1 mln. kilovatt/saatı Azərbaycanın payına düşüb.

Facebook