Azərbaycan banklarında əmanət qəbuluna dair son vəziyyət

Azərbaycan banklarında əmanət qəbuluna dair son vəziyyət

Bu ilin aprel ayında Azərbaycanın 4 bankında əmanət qəbuluna dair vəziyyət dəyişib. Banklar Azərbaycan manatı və ABŞ dolları ilə yerləşdirilən əmanətləri ucuzlaşdırıblar.

Belə ki, 1 il müddətinə milli valyuta ilə qəbul edilən əmanətlərin illik faiz dərəcəsi "Bank of Baku"da 11-12%-dən 9-10%-ə, "Unibank"da 9-11%-dən 9-10,5%-ə, 1 il müddətinə Amerika valyutası ilə yerləşdirilən əmanətlərin illik faiz dərəcəsi isə "Bank Respublika"da 2,25-2,5%-dən 1,9-2%-ə, "Bank BTB"də 3-3,5%-dən 2,5-3%-ə endirilib.

Facebook