Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını qəbul etdi

Prezident İlham Əliyev Milli Məclisin qərarını təsdiq edib. 

Bu barədə Prezidentin rəsmi saytında məlumat verilib. Məlumata görə, Milli Məclis "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qərar qəbul edib. Konvensiya müvafiq qeyd-şərt və bəyanatlarla təsdiq edilib.

Verilən qərar Prezident tərəfindən təsdiq olunub.