Azərbaycan alüminiumun ixracını 27% artırıb

Azərbaycan alüminiumun ixracını 27% artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 117 854,77 min ABŞ dolları dəyərində 59 493,42 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

 

Rakurs.tv-nin Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin ilk on bir ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10,6%, həcmi isə 27,2% artıb.

Facebook