Azər Qasımlıya 30 sutka həbs cəzası verildi

ReAl partiyası məclisin üzvü Azər Qasımlı 30 sutka azadlıqdan məhrum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni əmrinə tabesizlik) maddəsini pozmaqda təqsirli bilinib. Bu barədə onun vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında deyib.

Azər Qasımlı bu gün səhər saatlarında əvvəlcə Baş Prokurorluğa çağırılıb, sonradan Yasamal Rayon Polis İdarəsinə gətirilib.

Partiyanınn “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşılan xəbərdə deyilir ki, siyasətçinin polisə çağırılma səbəbi Cümhuriyyət günü ilə dünən bağlı keçirilən yürüşdür.

ReAL partiyası mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd etmək üçün Bakının İstiqlaliyyət küçəsində Cümhuriyyət banilərinə qoyulan abidəni kütləvi ziyarət etmək çağırışı edib. Çağırışa yüzlərlə insanın qoşulduğu bildirilib. Polis ilkin olaraq tədbirə mane olmaq istəsə də, sonradan ziyarətçiləri 2-3 nəfərlik qruplarla abidəyə yaxın buraxıb.

Rakurs TV