Azər Qasımlı: Biz hələ Türkiyə tərəfindən əhatəli məlumat ala bilməmişik

Azər Qasımlı: Biz hələ Türkiyə tərəfindən əhatəli məlumat ala bilməmişik

Elxan Şahinoğlu: "Rusiya tarixən zəifləri əzməyə çalışıb"

Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən sənəd Türkiyə Prezident Administrasiyası tərəfindən parlamentə təqdim olunub.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Siyasi icmalçı Azər Qasımlı məlumatın ilkin olduğunu vurğulayaraq bildirib ki, Türkiyə Böyük Millət Məclisinin iclaısnın hansı qərarı və necə verəcəyini gözləməyə ehtiyac var.

Azər Qasımlı deyib ki, 3 dövlət başçısının 10 noyabr bəyanatının beşinci bəndində birgə müşahidə mərkəzinin yaradılması qeyd olunub:

“Belə başa düşürəm ki, Türkiyə Böyük Millət Məclisinə göndərilən layihə də həmin mərkəzdə iştirakla bağlıdır. Məsələ bundadır ki, bizdə 10 noyabr bəyanatı haqda ilk məlumat Rusiya tərəfindən yayılıb. Biz hələ Türkiyə tərəfindən əhatəli məlumat ala bilməmişik. Bir şeyi bildik ki, türk əsgərlərinin missiya 1 il olacaq, qalan məsələlərdə Prezident Ərdoğanın qərar vermək imkanları olacaq. Bütün hallarda gözləməyimizə ehtiyac var”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə parlamentinə təqdim olunan qanunun icrasını sürətləndirməyin vacibliyini bildirib:

“Əks halda, Moskva Dağlıq Qarabağda bildiyini edəcək. İllərdir ki, Türkiyənin Azərbaycanda hərbi bazalarının olması haqda danışırıq. Çünki Rusiya öz qarşısında ondan çəkinməyən güc görməlidir. Rusiya tarixən zəifləri əzməyə çalışıb, yalnız qarşılarında ondan çəkinməyən güc gördükdə iştahlarını azaldıblar. Bu güc Türkiyədir!”.

Facebook