AZPROMO: Cənubi Koreyaya ixrac missiyası təşkil ediləcək

Azərbaycan bu il mayın 20-25-də Cənubi Koreyanın paytaxtı Seula ixrac missiyasını təşkil edəcək.

Rakurs.tv-nin məlumatına görə, artıq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) missiyada iştirak üçün sənəd qəbulu elan edib.

Qida məhsulları, içkilərlə məşğul olan sahibkarlar Fonda müraciət edə bilərlər.

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı AZPROMO-dur.