AZAL-ın Təhlükəsizlik İdarəsinin rəhbərləri vəzifədən azad edilib?

AZAL-ın Təhlükəsizlik İdarəsinin rəhbərləri vəzifədən azad edilib?

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Təhlükəsizlik İdarəsinin rəhbərləri tutduqları vəzifələrdən azad ediliblər. Bu barədə avqustun 11-də səhər sosial şəbəkələrdə məlumat yayılıb.

Xüsusən, idarənin rəisi Elxan Orucovun, onun müavinləri Etibar Cəbrayılov və Əli Qurbanəliyevin vəzifələrindən azad edildiyi iddia edilir. Bunun səbəbi haqqında məlumat verilmir.

AZAL-ın mətbuat xidməti Turan-ın sorğusuna cavab verməkdən imtina edib.

Qeyd edək ki, avqustun 6-da prezident İlham Əliyevin yanında keçirilən müşavirədə o, dövlət şirkətlərin, o cümlədən AZAL-ın səmərəsiz fəaliyyətinə görə tənqid edib. Əliyev qeyd edib ki, AZAL-ın təyyarələri və hava limanları dövlət hesabına tikilib, amma dövlət bundan gəlir və mənfəət əldə etmir. O, hökumətə sözügedən qurumların fəaliyyətinin təftişini həyata keçirməyi tapşırıb.

Facebook