Azadlığa çıxan keşişlə xanımı Almaniyaya yola düşdü

Ev dustaqlığından azad edilən amerikalı keşiş Endryu Branson həyat yoldaşı Norine Bransonla birlikdə Türkiyəni tərk edib.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, keşişlə xanımı xüsusi təyyarə ilə Almaniyaya gedib.

İzmirdə hava limanında güclü təhlükəsizlik tədbirləri görülüb. Bransonlar 2 gün Almaniyada qaldıqdan sonra ABŞ-a yola düşəcəklər.