Ayətullah Xamenei: "Prezidentliyin təsdiqi verilən sözlərə əməl etməyə bağlıdır"

İranın Ali Lideri Ayətullah Xamenei Həsən Ruhaninin prezidentliyini təsdiq edib.

Bu barədə İranın “Farsnews” agentliyi məlumat yayıb. Məlumata görə, avqustun 3-ü yerli vaxtla saat 10-da başlayan inaqurasiya mərasimi ölkə daxili və xarici rəsmilərin iştirakı ilə keçirilib.

Ayətullah Xameneinin Həsən Ruhaninin prezidentliyə təsdiq olunması barədə hökmünün mətnini Ali Liderin dəftərxanasının məsulu Muhəmmədi Gülpayqani oxuyub:

“Bu məsələni vurğulamaq istəyirəm ki, bu təhlükəli post İlahi razılığı əldə etmək və Onun görüşü üçün azuqə toplamaq üçün bir vasitə olmalıdır. Ədalətin icrası, zəiflərə dəstək, xalis islamın icrası, vəhdət və milli izzətin gücləndirilməsi, ölkənin böyük bacarıq və istedadlarına diqqət, islam inqilabının dəyərlərini uca tutmaq üçün əlinizdən gələni etməlisiniz. Xatırlatmaq istəyirəm ki, xalqın səsi və bunun təsdiq olunması verilən sözlərə əməl etməyə, islam və inqilabın düzgün yolunda qalmağa bağlıdır", - deyə mətndə qeyd olunub.

Rakurs TV