EURO : 1,8358 TRY : 0,2794 USD : 1,7 RUB : 0,0267
Ayətullah Xamenei ABŞ-ın İrana hirsinin səbəbini açıqlayıb

Ayətullah Xamenei ABŞ-ın İrana hirsinin səbəbini açıqlayıb

"ABŞ administrasiyasının İrana qarşı qəzəbli münasibəti İran xalqının müstəqilliyi və Tehranın Vaşinqtona qarşı müxalif mövqeyindən qaynaqlanır."

 

Rakurs.tv xəbər verir ki, bunu "Twitter" səhifəsində Ali lider Ayətullah Əli Xamenei bildirib.

 

“İranın ABŞ-a qarşı müqaviməti bütün dünya üçün cəlbedicidir. Vaşinqton müstəqil dövlətin və təcavüzkarın əleyhinə olan bir xalqın imicinə görə İran xalqına qəzəblənir”, - deyə Ayətullah Xamenei yazıb.

 

Daha əvvəl o, İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Quds" xüsusi təyinatlılarının komandirinin öldürülməsini qorxaq kimi davranan və artıq imicini bərpa edə bilməyən ABŞ üçün biabırçılıq adlandırmışdı.

 

 

Facebook