Axund məscidin minarəsində dünyasını dəyişdi

Türkiyənin Artvin vilayətində mikrofonu təmir etmək üçün çıxdığı minarədə infarkt keçirən məscidin axundu dünyasını dəyişib. 

“Haberler”ə istinadən xəbər verilir ki, axund Özgen Gülün (49) aşağı düşmədiyini və çağırışa cavab vermədiyini görən vətəndaşlar öldüyünü təxmin ediblər.

Axundun cəsədi kranla saatlar sonra aşağıya endirilib.