Axtarışda olan 21 nəfər saxlanılıb

Axtarışda olan 21 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyindən Operativ.tv-yə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

 

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Facebook