EURO : 1,8744 TRY : 0,2954 USD : 1,7 RUB : 0,0266
AXCP üzvünün apelyasiya şikayəti təmin edilməyib

AXCP üzvünün apelyasiya şikayəti təmin edilməyib

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin apelyasiya şikayətinə baxılıb.
 
 
Operativ.tv xəbər verir ki, Habil Məmmədovun sədrlik etdiyi kollegiya F.Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətin təmin edilməməsi ilə bağlı qərardan verilən şikayəti təmin etməyib. 
 
 F.Əhmədli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. 2016-cı il avqust ayının 18-də saxlanılan F.Əhmədli "Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürməkdə ittiham edilib.Onun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətinə bu il mayın 1-də Suraxanı Rayon Məhkəməsində baxılıb və təmin edilməyib. 

Facebook