AXCP üzvünə yaxınları ilə əlaqə imkanı verilmir

14 aprel mitinqindən əvvəl Saatlıda olarkən inzibati həbsə məruz qoyulmuş Ruslan Nəsirli ilə bağlı anası Məleykə Nəsirova ciddi narahatlığa səbəb olacaq məlumat paylaşıb.

Gənc cəbhəçinin anası bildirir ki, oğlu həbs olunandan neçə gün keçməsinə baxmayaraq, onunla heç bir əlaqə imkanı yoxdur. Yaxınları nə qədər çalışsa da, Ruslanla görüşmək imkanı verilmir. Hətta bu müddət ərzində onunla telefon əlaqəsi yaratmaq belə mümkün olmayıb.
Qeyd etmək lazımdır ki, Ruslan Nəsirli Bakıda keçirilən mitinqə gələrkən həbs edilib və ona 15 sutka inzibati həbs verilib.

toplum.tv