Axcp üzvü uşağını həkimə apararkən saxlanaraq naməlum istiqamətə aparılıb

Axcp üzvü uşağını həkimə apararkən saxlanaraq naməlum istiqamətə aparılıb

AXCP üzvü Səid Məmmədzadəni (Bakuvi) mayın 16-da mülki geyimli şəxslərin saxladıqları bildirilir.

Bu barədə AXCP-dən məlumat verilib.

Məlumata görə, S. Məmmədzadə uşağını həkimə apararkən saxlanaraq naməlum istiqamətə aparılıb:

“Təxminən saat 15:00-da Səid Məmmədazdə uşağı ilə yol qırağı ilə gedərkən metronun “Elmlər Akademiyası” stansiyanın yaxınlığında ağ avtomobillə ona yaxınlaşəblar. Maşındakı bir nəfər “məni tanımadın?” soruşub. Mənfi cavab alandan sonra,oradakı digər 4 nəfər uşağının gözü qarşısında zorla Səid Məmmədzadəni həmin ağ maşına otuzdurub, aparıblar”.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Facebook