AXCP üzvü sərbəst buraxılıb

O, "Siyasi məhbuslara işgəncələrə qarşı" tələbiylə aksiya keçirmişdi

"Siyasi məhbuslara işgəncələrə qarşı" - tələbiylə təkbaşına aksiya keçirən AXCP üzvü Füzuli Hüseynov iyulun 19-da sərbəst buraxılıb.

O, iyulun 9-da aksiya keçirdiyi üçün Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. 1 gün sonra, iyulun 10-da Səbail rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrum edilmişdi.

Füzuli Hüseynov daha öncə də təkbaşına aksiyalar keçirmişdi. Sonuncu dəfə Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunmuşdu.

Füzuli Hüseynovun azadlıqda ilk fotosu.

Füzuli Hüseynovun azadlıqda ilk fotosu