AXCP üzvü 30 sutka həbs cəzası aldı

Namiq Sadıqlı polisə tabe olmamaqda təqsirləndirilir

Dekabrın 1-də Nəsimi Rayon Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı, bloger Namiq Sadıqlını 30 sutka azadlıqdan məhrum edib.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinir.

AXCP-dən verilən məlumata görə, müdafiə tərəfi həbsdən şikayət verəcək.

Namiq Sadıqlı noyabrın 30-da Nəsimi rayon 19-cu polis bölməsinə aparılıb.

Partiya yoldaşları onun sosial şəbəkədəki paylaşımlarına, fəallığına görə həbs edildiyi qənaətindədirlər. 

Hazırda Azərbaycanda 10-dan çox jurnalist və bloger həbsdədir. Onlar Azərbaycan hakimiyyətini tənqid etməkləri ilə tanınır.