AXCP üzvlərinin apellyasiya şikayətləri təmin edilmədi - Video

Rakurs.tv-nin verdiyi məlumata əsasən, oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində Hüseynov Füzuli (30 sutka - hakim İlqar Murquzov), Nəsirov Ruslan (25 sutka – hakim Qail Məmmədov) , Abdullayev Yalçın (25 sutka – hakim Mirpaşa Hüseynov) və Rzayev Məhərrəm (25 sutka – Abid Abdinbəyov) barəsində inzibati həbs tədbiri tətbiq olunması haqqında məhkəmə qərarlarından verilən apellyasiya şikayətlərinə baxıldı və birinci instansiya məhkəmələrinin qərarları heç bir dəyişiklik edilmədən qüvvədə saxlanıldı.