AXCP sədri Əli Kərimlinin və partiyanın digər üzvlərinin saxlanılması ilə bağlı mətbuat konfransı - Fotolar

Noyabrın 18-də Müsavat Partiyasının qərargahında AXCP sədri Əli Kərimlinin və partiaynın digər üzvləri və Milli Şuranın sədri Cəmil Həsənlinin saxlanılması ilə bağlı mətbuat konfransı keçirilib.
Qeyd edək ki, noyabrın 17-si Milli Azadlıq Hərəkatının 30 illiyi münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və Milli Şuranın üzvlərinin qarşısı polislər tərəfindən alınıb. Belə ki, polislər üzvlərə mühüm dövlət tədbirinin keçirildiyini deyərək, xiyabana girişin yasaq olduğunu bildiriblər. Daha sonra ziyarətçiləri, eləcə də Əli Kərimli də daxil olmaqla 50 nəfər cəbhəçini zorla avtobusa dolduraraq Səbail rayon Polis İdarəsinə gətiriblər.
Günorta saat 15-dən axşam 22 radələrinə qədər idarənin həyətində saxlayıb izahatlar alındıqdan sonra saxlanılan Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və 10 cəbhəçidən başqa hamını hissə-hissə sərbəst buraxılıb. Növbəti saatlarda Cəmil Həsənlini, daha sonra isə AXCP-nin Nərimanov şöbəsinin üzvü Ruslan Qurbanlını İXM-nin 513.2-ci maddəsi ilə 1000 manat cərimə edilərək sərbəst buraxıblar.
Saxlanılan digər cəbhəçilərin isə məhkəməyə çıxarılıb inzibati qaydada cəzalandırılacağı bildirilir.