EURO : 1,855 TRY : 0,2759 USD : 1,7 RUB : 0,0259
AXCP-nin 17 gənc fəalı bir neçə saat polisdə saxlanılıb

AXCP-nin 17 gənc fəalı bir neçə saat polisdə saxlanılıb

İyunun 17-də günorta saatlarında Bakının Nizami rayonunda "Xalqlar Dostluğu" parkındakı çayxanada olarkən AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov da daxil olmaqla 17 nəfər partiya fəalı saxlanılıb. Gənclər Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində bir neçə saat saxlanıldıqdan sonra izahatları alınaraq azad buraxılıblar. Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, gənc fəalların çayxanada toplanması belə hakimiyyəti narahat edir.

"O gün siyasi məhbus ailələrinin 10 nəfərinin bir yerə toplanmasından qorxuya düşmüşdülər. Siyasi məhbus analarını, atalarını, həyat yoldaşlarını polisə aparmışdılar. Bu gün 17 gəncin parkda toplaşıb, söhbət etməsi bunları qorxudub", - AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.

Rəsmi qurumlar gənc fəalların polisə aparılması barədə hələ məlumat yaymayıblar.(turan.az)

Facebook